Qarayev Festival on Facebook Qarayev Festival on Youtube
az  en  ru
Qara Qarayev  beynəlxalq müasir musiqi  Festivalı                  

Bakı, Аzərbaycan, 14-19 Aprel 2013



                       Mətbuat

Piano I

«Bu degeneratı panoptikuma yerləşdirmək lazımdır»

16.04.2013

Tanınmış azərbaycanlı pianoçu Gülşən Ənnağıyeva Beynəlxalq Muğam Mərkəzində konseptual konsertlə çıxış etdi. Üçüncü Reich zamanı "Degenerativ musiqi" və Sovet İttifaqinda "mövcud olmayan" musiqi layihəsinin ideyası musiqişünas Rauf Fərhadova aid idi. Bu layihənin əsas qayəsi avanqardizma görə məhkum olunmuş yaradıcı insanların vəhdət təşkil edən musiqi və rəsm əsərləri əsasında mədəni mühit yaratmaq idi.

Hər hissənin əvvəllində kosertin aparıcısı, sənətşünaslıq doktoru, Rusiya müasir musiqi Assosiasiyasının eksperti Rauf Fərhadov auditoriyanı qarşıya qoyulan məsələnin tarixi ilə tanış edirdi. Üçüncü Reich zamanı "Degenerativ incəsənət"ə həsr edilmiş birinci hissəyə verdiyi şərhlərdə, o, danışılan dövrün kədərli reallığını aşkarlayaraq Sovetlər İttifaqındakı analoji situasiyalarla cəsarətli paralellər aparırdı.

Rauf Fərhadov: "Degenerativ incəsənət anlayışı haradan yaranıb? Bu məqamı açıqlayan bri neçə versiya var. Bunlardan biri alovlu antisemit olan Richard Wagner ilə əlaqəlidir. Friedrich Nietzsche ilə söhbətində, o, demişdir: "Bütün bu degenerativ yəhudi millətini alman incəsənətindən çıxarmaq lazımdır, əks halda o, lazımsız tullantıya çevriləcəkdir". Digər versiya 1936-cı il Olimpiadası dövrünə təsadüf edir. Tanınmış nasist partiya lideri Bruno Matliz qara dərili fenomenal idmançı Jess Owen`in qələbəsindən sonra qeyd etmişdir: "Bu degeneratı stadiona buraxmaq deyil, panoptukiuma yerləşdirmək lazımdır". A.Hitlerin avanqard incəsənətə patoloji nifrəti vardı. Onun üçün avanqardizm bolşevik-avropa sui-qəsdi idi. 1936-cı ildə Dövlət təsviri incəssənət palatasının prezidenti Adolf Ziegler`ə nasist incəsənəti idealları və normalarına uyğun olmayan hər şeyi məhv etmək əmr olunmuşdu. Bütün muzeylərində "təmizlik" aparılmış, 13 minə qədər əsər ələnmiş, 1937-ci ildə "Degenerativ incəsənət" sərgisi keçirilmişdir. Cəmiyyət tərəfidən pislənəcəyinə ümid edən nasist idarəçiliyi özü də bunu arzulamadan rəssamları piar etmişdi. Nəticədə, sərgiyə 3 milyondan artıq insan gəlmişdi. Etiraf edək ki, gözlənilməyən nəticə idi. Degeneratlar sırasına bir sıra bəstəkarların da adları daxil idi ki, onların əsərlərini konsertin birinci hissəsində eşidəcəksiniz".

Birinci hissədə yaradıcılıqları o dövrün ayrılmaz hissəsi olan rəssamların əsərləri nümayiş olundu. Bunlar Ernst Barlach, Max Beckmann, George Grosz, Otto Dix, Ernst Ludwig Kirchner, Paul Klee, Oskar Kokoschka, Heinrich Campendonk, Wilhelm Lehmbruck, Franz Marc, Bernhard Hoetger, Emil Nolde, Max Ernst, Edward Munch, Lovis Corinth, Mark Şaqal və Vasili Kandinski. Əsərlər ekranda növbələşib ifa edilən musiqiyə yeni ölçü əlavə edərək məntiqlərin polifoniyasını yaratdı.

Konsert Anton von Webern`in "saya" Variasiyaları (op.27) ilə başladı. Arnold Schönberg`in çoşğulu ifalı Üç pyesini (op.11) yaradıcılığı bu günə qədər tənqidçi və dinləyicilər tərəfindən birmənalı qarşılanmayan XX əsrin ən orijinal bəstəkarlarından olan Ernst Krenek`in Miniatürləri əvəz etdi. Alman "musiqisinin degeneratlar"ı siyahısını Paul Hindemith`in "1922" Süitasının şeytani maskalar burulğanı tamamladı.

Müasir musiqiyə xüsusi munasibəti baxımından seçilən pianoçu Gülşən Ənnağıyeva təkcə unikal texniki bacarığı ilə deyil, eyni zamanda asan olmayan şəraitdə ötən əsrin əvvəlləri və sonunun bəstəkarlıq texnikalarının "açıqlanması", bununla da fərqli bədii obrazlar yaratmaq kimi nadir bacarığı ilə fərqlənir. Enerji və temperamentin sehri ilə formaya rasional münasibət və bəstəkarın yaradıcı planına ciddi yanaşma pianoçunu Yeni Vyana məktəbi və onların ardıcıllarının musiqisinin ən yaxşı ifaçıları sırasında sayılmağa imkan verir.

Musiqili dram –konsertin ikinci hissəsinin təsviri hissəsi digər totalitar imperiya — SSRİ incəsənətinə, daha dəqiq desək, sadəcə bir epizoda –"Buldozer sərgisi"nə həsr edilmişdi. 1974-cü ildə Moskva parklarının birində avanqardist rəssamlar aksiya təşkil edərək əsərlərini sərgiləmiş və Sovet ölkələrində mövcud olan qeyri –rəsmi incəsənət haqqında bəyan etmişlər.

Rauf Fərhadov: "Aksiya hökümət tərəfindən sərt şəkildə dağıdılmış, rəsm əsərləri isə buldozerlərlə tanınmaz hala salınmışdır. Nəticədə, bu qrup rəssamlar qərb mətbuatı tərəfindən dahi adlandırılmış, nəticə isə köklü şəkildə incəsənət tarixinə daxil olmuşdur".

İkinci hissə çərçivəsində dinləyicilər eyni zamanda "şəhid" rəssamların işlərinin retrospektivlərini görmüş oldular: O.Rabina, V.Vorobyova, Y.Jarkix, A.Melamida, L.Masterkova, V.Nemuxina, E.Ruxina, V.Sitnikova, İ.Xolin, B.Şteynberq, N.Elskoy.

Musiqi sırası qanunauyğun şəkildə SSRİ-də yaranmış ilk dodekafon texnikasında yazılmış əsərlə — Andrey Volkonskinin Musica stricta opusu ilə açıldı. XX əsrin ikinci yarısının rus avanqardı məhz bu əsərlə başlayır. Ənnağıyevanın ifasında hər bir əsər səslənmə tutumluğu, individual kolorit və sanki faciəvi siniri ilə seçilir. Okean nəfəsinə bənzər səslənməsi ilə seçilən Nikolay Karetnikov tərəfindən qələmə alınmış Scherzo (op.8), Qalina Ustvolskayanın iddialı, kobud qurulmuş mövzu–tezisli V Sonatası ilə əvəz olunur. Peterburqlu xanımın musiqisi pulsasiya olunur, qışqırır, inildəyir. Onun təsiri altında rəsm əsərlərinə baxdıqda dərk edirsən ki, cənablar, bu ki, bizim haqqımızdadır! "Dünən", "sabah" haqqında deyil, məhz "bu gün" haqqındadır. Konserti Valentin Silvestrovun sanki dünyanın dəhşətindən sonra işıq və gözəlliyin tam şahlığı, sübhün açılması və ya körpənin gülüşünü əks etdirən "Qədim üslubda Musiqi" əsəri tamamladı. Sanki qısa zamanlıaq da olsa, xoşbəxtlik və sevgi dünyasının kiçik qapısı aralandı. Lakin əsərin yaranma tarixi — 1973-cü ildir ki, bu da son sözü demiş olur –həmin il kitç dövrünün qızğın zamanı idi. Bu harmoniya mövcud olmayan və ya itirilmiş remark cənnəti kimi gözəl yalana çevrilir ki, onu nə Şaqalın ekrandakı rəsmləri, nə də royalda Mozart kadensiyası xilas edə bilməz.

Materialı hazırladı Yelena Kravtsun, festivalın mətbuat xidməti
Tərcümə Aybəniz Məmmədova





Screenshots:



















Deutsche Botschaft       Ministry of Culture of Russian Federation             Republique Française              Gemeente Amsterdam       Fonds Podium Kunstum performing arts fund NL           ArtsCouncil Azerbaijan