Qarayev Festival on Facebook Qarayev Festival on Youtube
az  en  ru
Qara Qarayev  beynəlxalq müasir musiqi  Festivalı                  

Bakı, Аzərbaycan, 14-19 Aprel 2013



                       Mətbuat

Bakıda Qara Qarayev adına V beynəlxalq müasir musiqi festivalı açılmışdır

14.04.2013

14 aprel Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Qara Qarayevin anadan olmasının 95 illiyinə həsr edilmiş Q.Qarayev adına V beynəlxalq müasir musiqi festivalının təntənəli açılışı baş tutmuşdur.

Mərasimin başlanmasında öncə dinləyicilər foyedə Q.Qarayevə həsr edilmiş kitablar, şəkil və arxiv fotoları ilə tanış olmaq imkanı qazandılar.

Gecəni Azərbaycan Respublikası Mədəniyyət və Turzim Nazirinin müavini Ədalət Vəliyev açıq elan etdi. O, giriş sözü ilə çıxış edərək Qara Qarayevin azərbaycan musiqisinin klassik nümunələri və özünəməxsus bəstəkarlıq məktəbi yaratdığını vurğuladı. Şostakoviçin sevimli tələbəsi, onun yolunu layiqincə davam etdirən Qarayev 70-dən çox parlaq musiqiçi yetişdirmişdir. Bunlar arasında Arif Məlikov, Xəyyam Mirzəzadə, Fərəc Qarayev, Firəngiz Əlizadə, İsmayıl Hacıbəyov, Cəlal Abbasovun isimlərini çəkmək lazımdır.

Festivalın açılış konsertində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestri bədii rəhbər və baş dirijoru, Xalq artisti, professor Rauf Abdullayevin rəhbərliyi ilə iştirak edirdi. Birinci hissədə bəstəkarın görkəmli müəllimi Dmitri Şostakoviçin IX simfoniyası, Qara Qarayev və Fərəc Qarayevin violin və orkestr üçün Quasi uno concerto əsəri səsləndi. Violin partiyasını Moskva "Yeni musiqi studiyası" ansamblının solisti Stanislav Malishev parlaq şəkildə ifa etdi.

Fərəc Qarayev: "Quasi uno concerto`nun yaranma tarixcəsi belədir. Qara Qarayev 1960-cı ildə Violin və piano üçün Sonata bəstələdi. Bu əsər onun milli musiqi ilə assosiasiya olunan olunan intonasiyalardan uzaqlaşaraq yazdığı ilk işidir. 2007-ci ildə mən bu əsərə müraciət edərək onun violin və simfonik orkestr üçün işlənməsini yaratdım və əsər Quasi uno concerto adını aldı."

İkinci hissəyə girişdə musiqişünas Cahangir Səlimxanov Qara Qarayev şəxsiyyətinin miqyasından söz açaraq azərbaycan musiqisinin bütün dünyada yüksək qiymətləndirilən klassik nümunələrini yaratmış görkəmli bəstəkarın istedadının çoxşaxəli cəhətlərinə toxundu.

İkinci hissədə Qara Qarayev üçün mühüm iki əsər səsləndi. Onun tələbəsi Xəyyam Mirzəzadənin 2 saylı Simfoniyası və Ottorino Respigi`nin "Pini Di Roma" simfonik poeması səsləndi. Qarayev məktəbinin aparıcı nümayəndəsi X.Mirzəzadə azərbaycan incəsənətinə önəmli tövhələr bəxş etmişdir. Bəstəkarın "Triptix" adlanan ikinci simfoniyası 1970-ci ildə yazılmışdır. Üç dünyanın obrazları vahid miqyaslı şəkildə qeyri –adi tərzdə yerləşir. Əsərin ifasından sonra publika böyük ehtiramla özünü pis hiss etməsinə baxmayaraq konsertdə iştirak edən bəstəkarı salamladı. Gecə Qara Qarayevin partiturasını yüksək qiymətləndirdiyi ekzotik "Pini Di Roma" əsərinin möhtəşəm ifası ilə yekunlaşdı.

Festival 14-19 aprel tarixlərində baş tutacaqdır. Burada Fransa, Almaniya, Hollandiya, Avstriya, Rusiyadan olan tanınmış musiqiçi və kollektivlər iştirak edəcəklər. Qara Qarayevin öz əsərləri ilə yanaşı, Schönberg, Şostakoviç, Cage, Berio, Jarrell, Ferneyhough, Sciarrino və s. bəstəkarların əsərləri –müasir akademik musiqinin ən yaxşı nüminələri səslənəcəkdir. Festival Bakı musiqi həyatının önəmli hadisəsi olacağı barədə ümidlər verir.

Elena Kravtsun, Festivalın mətbuat xidməti
Tərcümə Aybəniz Məmmədova























Deutsche Botschaft       Ministry of Culture of Russian Federation             Republique Française              Gemeente Amsterdam       Fonds Podium Kunstum performing arts fund NL           ArtsCouncil Azerbaijan