Qarayev Festival on Facebook Qarayev Festival on Youtube
az  en  ru
Qara Qarayev  beynəlxalq müasir musiqi  Festivalı                  

Bakı, Аzərbaycan, 14-19 Aprel 2013



                       Festival

Qara Qarayev adına beynəlxalq müasir musiqi Festivalı

2013-cü il 14-19 aprel tarixində Bakıda Qara Qarayev adına V beynəlxalq müasir musiqi Festivalı keçiriləcəkdir. V Festival ənənənin davamı kimi nəzərdə tutulub — Festival konsertlərində yalnız müasir musiqi səslənir.

Rəngarəng və maraqlı Festival proqramı Bakı dinləyicisinə yüksək incəsənətlə yaxından ünsiyyət imkanı yaradacaqdır. Almaniya və Azərbaycan, Avstriya və Fransa, Hollandiya və Rusiya bu günün musiqisini müəkəmməl şəkildə ifa edən solist və kollektivlərlə təmsil olunacaqlar.

Festivalın açılış və bağlanış mərasimlərində dirijor Rauf Abdullayevin rəhbərliyi altında ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək. Konsertlərin proqramı XX əsrin musiqi spektrini təqdim edir: Qarayev, Schönberg, Respigi, Ligeti, Berio, Şostakoviç və s. kimi müasirlərinə böyük təsir etmiş və XX əsr musiqi təfəkkürünün inkişafında yeni yollar açmış bəstəkarların əsərləri səslənəcəkdir.

Festival konsertlərində yeni musiqi ifaçılığının Avropada liderlərindən olan Amsterdamın Asko|Schönberg və Strasburqdan tanınmış kollektiv Accroche Note Ensemble iştirak edəcəklər. Kollektivlərin proqramında Avropanın aparıcı bəstəkarlarının əsərləri üstünlük təşkil edir.

Festivalın başqa bir orijinal layihəsi — Gənc Tamaşaçılar Teatrının səhnəsində müasir musiqinin ekstravaqant klassiklərindən biri olan Mauricio Kagel`in musiqisi əsasında Variété tamaşası nümayiş olunacaqdır. əsər alman-ispan mənşəli AVA Dance Company və Bakı müasir musiqi kollektivi Con tempo təfərindən ukraynalı dirijor Vladimir Runçakın idarəsi altında ifa eidləcəkdir. Burada həmçinin alman akkordeonisti Eva Zöllner də çıxış edəcəkdir.

Piano musiqisi proqramına Gülşən Ənnağıyevanın iştirakı ilə PİANO I — III Reich zamanının "Degenerativ musiqisi" ("Entartete Musik") və SSRİ-də "mövcud olmayan" musiqi; pianoçular Aleksey Lubimov və İvan Sokolovun PİANO II, hollandiyalı pianoçu Marsel Vorms`un "Blues ətrafında" PİANO III konserti daxil edilmişdir. Eyni zamanda Marianna Visotskayanın bakılı musiqiçilərin iştirakı ilə keçirəcəyi "Orqan +" konserti də qeyri-standart ifa tərzi ilə dinləyicilərin diqqətini cəlb edəcəkdir. Təbii ki, festival proqramında müasir Azərbaycan musiqisinə də geniş yer ayrılmışdır.





































Deutsche Botschaft       Ministry of Culture of Russian Federation             Republique Française              Gemeente Amsterdam       Fonds Podium Kunstum performing arts fund NL           ArtsCouncil Azerbaijan